etabib

Son İstifadəçinin Lisenziya Müqaviləsi və Məxfilik Siyasəti

Müqavilə

Son yenilənmə tarixi: 26.06.2020

“Mən razıyam” düyməsinə basmazdan, “E-Təbib” proqram tətbiqini (“Proqram Tətbiqi”) yükləməzdən və / və ya ondan istifadə etməzdən əvvəl, Son İstifadəçinin Lisenziya Müqaviləsini (“Müqavilə”) diqqətlə oxuyun.

“Mən razıyam” düyməsinə basmaqla, Proqram Tətbiqini yükləməklə və / və ya ondan istifadə etməklə, Siz bu Müqavilənin bütün şərtlərinə razılığınızı bildirir və qeyd edilən şərtlərə riayət etməyi öhdənizə götürürsünüz.

Əgər Siz (aşağıda, Müqavilənin mətnində, “İstifadəçi” deyərək istinad edilə bilər) bu Müqavilənin bütün şərtləri ilə razı deyilsinizsə, “Mən razıyam” düyməsinə basmayın, Proqramı Tətbiqini yükləməyin və / və ya ondan istifadə etməyin.

  1. Lisenziya
    1. Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Məlumatların Hesablama Mərkəzi (“Mərkəz”) bu Müqavilənin şərtlərinə uyğun olaraq, Sizə yalnız Sizin şəxsi, qeyri-kommersiya məqsədləriniz üçün Proqram Tətbiqinin yüklənməsi, quraşdırılması və istifadəsi üçün qeyri-müstəsna, başqasına ötürülə bilməyən, məhdud lisenziya verir.
  2. Məhdudiyyətlər
    1. Siz, Proqram Tətbiqinin lisenziyalaşdırılmaması, satılmaması, icarəyə verilməməsi, ötürülməməsi, paylaşılmaması, kənar resurslarda yerləşdirilməməsi, autsorsinqə verilməməsi, açıqlanmaması və ya başqa şəkildə kommersiya məqsədləri üçün istifadə edilməməsinə və ya Proqram Tətbiqinin üçüncü şəxslərə verilməməsinə razılaşır və qeyd edilənlərlə bağlı başqa şəxslərə də icazə təqdim etmirsiz.
    2. Siz təsdiq edir və razılaşırsınız ki, Proqram Tətbiqinə aid olan bütün hüquqlar, o cümlədən, mülkiyyət hüququ, həmçinin bütün müəllif hüquqları, patent, kommersiya sirri və/ və ya digər hər hansı əqli mülkiyyət hüquqları Mərkəzin və/ və ya Mərkəzin lisenziarlarının (yaxud ortaqlarının) müstəsna mülkiyyətidir və mülkiyyəti olaraq qalacaq. Sizə Proqram Tətbiqinə dair heç bir sahiblik və ya mülkiyyət hüququ verilmir. Siz qəbul edirsiniz ki, Proqram Tətbiqi Mərkəzin və /və ya onun lisenziarlarının kommersiya sirri hesab edilən məlumatlarını əhatə edir və özündə daşıyır. Kommersiya sirri hesab edilən bu kimi məlumata, yalnız qeyd edilənlər ilə məhdudlaşmadan, Proqram Tətbiqinin mənbə kodunun versiyası, fərdi tətbiq bölmələrinin xüsusi dizaynı, strukturu və məntiqi quruluşu, daxili və xarici tətbiqlərin digər hissələri ilə qarşılıqlı əlaqəsi, həmçinin həmin tətbiqlərdə istifadə olunan proqramlaşdırma üsulları daxildir.
  3. Proqram Tətbiqinə əlavə və dəyişikliklər
    1. Mərkəz, bildiriş verməklə və ya vermədən, Proqram Tətbiqini və ya onun qoşulduğu hər hansı xidməti dəyişdirmək, dayandırmaq və ya onlara xitam vermək hüququnu özündə saxlayır.
  4. Proqram Tətbiqinin istifadəsi
    1. Mərkəz, Proqram Tətbiqindən irəli gələn, yalnız qeyd edilənlər ilə məhdudlaşmadan, Proqram Tətbiqi vasitəsilə verilən, və ya əldə edilən və ya daxil edilən / alınan hər hansı tövsiyə, göstəriş, məsləhət və/və ya təlimatla bağlı istifadəçilərin (Sizin) çəkdiyi ziyan, zərər, itki və/və ya xərclərə görə hər hansı məsuliyyət daşımır.
    2. Proqram Tətbiqi hər hansı müalicəvi, diaqnostik və ya tibbi məqsədlər üçün nəzərdə tutulmur.
    3. Proqram Tətbiqi vasitəsi ilə təqdim edilən məlumat yalnız ümumi qaydada məlumatlandırma üçün nəzərdə tutulmuşdur və Mərkəz və / və ya onun lisenziarı qeyd edilən məlumatın dəqiqliyi və / və ya tamlığına görə hər hansı məsuliyyət daşımır.
    4. Proqram Tətbiqi və onun vasitəsilə təqdim olunan hər hansı məlumat və / və ya xidmətlər istənilən vəziyyətin, xəstəliyin və ya həyat üçün əhəmiyyətli fizioloji proseslərin aşkara çıxarılması, diaqnostikası, müşahidə və ya müalicə edilməsi və ya təcili tibbi məlumatın təqdim olunması məqsədilə istifadə üçün nəzərdə tutulmayıb və istifadəçilər (Siz), hər hansı fiziki və ya psixi vəziyyətin diaqnozunu təyin etmək və ya müalicə etmək cəhdindən əvvəl, müvafiq mütəxəssislərə müraciət etməlisiniz. Proqram Tətbiqi vasitəsilə təqdim olunan və/ və ya alınan hər hansı məlumat tibbi məsləhət deyil, tibbi məsləhəti əvəz etmir və tibbi məsləhət hesab edilməməlidir. Proqram Tətbiqi zəmanət verilmədən təqdim olunur. Proqram Tətbiqindən istifadə etməklə əldə etdiyiniz hər hansı məlumat münasib, dəqiq, tam və ya etibarlı olmaya bilər.
  5. Məxfilik
    1. Proqram Tətbiqi çərçivəsində xidmətlərin göstərilməsi üçün zəruri olan hallarda, habelə, qeyd edilən xidmətlər ilə bağlı İstifadəçi ilə əlaqə qurmaq məqsədilə, Mərkəz İstifadəçinin fərdi məlumatlarını toplayır. Mərkəz İstifadəçinin fərdi məlumatlarını yalnız müvafiq normativ – hüquqi aktlar və bu Müqavilə ilə nəzərdə tutulan hallarda və həcmdə üçüncü şəxslərə açıqlaya bilər.
    2. Mərkəzin fərdi məlumatlara dair məxfilik siyasəti dəyişərsə, Mərkəz müvafiq qaydaların yenilənmiş mətnini dərc edir.
    3. Mərkəz İstifadəçinin könüllü olaraq Mərkəzə ötürdüyü, aşağıdakı qeyd edilən məlumatları toplaya bilər:
      1. İstifadəçinin adı, soyadı, telefon nömrəsi (İstifadəçinin qeydiyyatının həyata keçirilməsi və şəxsi kabinetdən istifadə edilməsi imkanının yaradılması üçün);
      2. İstifadəçinin sosial şəbəkə ünvanı və ya elektron poçt ünvanı (buna ehtiyac olduqda) (İstifadəçi telefon nömrəsi ilə qeydiyyatdan keçmək istəmədikdə, sosial şəbəkə ünvanı və ya elektron poçt ünvanı vasitəsi ilə qeydiyyatdan keçmək üçün);
      3. İstifadəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və ya FİN kodu (şəxsi kabinetdən istifadə edəcəyi halda) ( (1) “Covid-19” laboratoriya və digər test nəticələrinin İstifadəçi tərəfindən öyrənilməsi, və (2) buna ehtiyac olduqda, yaşayış yerini və ya olduğu yeri tərk edə bilmək imkanının təmin edilməsi üçün);
      4. Olduğu yer barədə məlumat (istifadəçi buna əlavə razılıq verdiyi halda) ( (1) İstifadəçi şəxsi kabinetdən istifadə edəcəyi halda, “Covid-19”-a yoluxmuş xəstələrlə İstifadəçinin təmasının müəyyən edilməsi və bu barədə İstifadəçiyə məlumat verilməsi, və (2) İstifadəçi “Covid-19”-a yoluxduğu halda, diaqnoz qoyulduğu tarixdən əvvəlki 14 gün ərzində İstifadəçinin olduğu yer, tarix və vaxt barədə məlumat əldə etmək və onun təqdim etdiyi razılıq ilə bu günlər ərzində İstifadəçinin təmasda olduğu şəxsləri məlumatlandırmaq üçün istifadə olunur);.
    4. Mərkəz Proqram Tətbiqi ilə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün, üçüncü tərəf - təchizatçıların xidmətlərindən istifadə edə bilər. Üçüncü şəxslərin xidmətlərinə, yalnız qeyd edilənlər ilə məhdudlaşmadan, müştərilər haqqında məlumatların təhlili; proqram təminatı, veb-saytlar və məlumat bazalarının işlənməsi, yerləşdirilməsi və saxlanılması daxil ola bilər. Mərkəz bu kimi şəxslərin heç birinə İstifadəçi məlumatından hər hansı digər məqsəd üçün istifadə etməyə və ya bu kimi xidmətlər kontekstindən kənarda istifadəçi ilə əlaqə saxlamağa icazə vermir.
    5. Mərkəz fərdi məlumatları:
      1. hökumətin orqanı və ya nümayəndəsinin qanuni sorğusuna, məhkəmə qərarına, hər hansı hüquqi proses də daxil olmaqla, Mərkəzin qanun ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək;
      2. Mərkəzin qanuni hüquqlarını müəyyən etmək, həyata keçirmək və ya qorumaq üçün zəruri olduqda;
      3. digər şəxsin həyat baxımından mühüm olan mənafelərini qorumaq üçün zəruri olduqda;
      4. fəaliyyətimizin tam və ya bir hissəsinin satılması, verilməsi və ya ötürülməsi və ya yenidən təşkil edilməsi ilə bağlı, və yaxud
      5. digər şəkildə Sizin razılığınızı əldə etdiyimiz hallar da daxil olmaqla,qüvvədə olan qanunvericiliyə uyğun olaraq açıqlaya bilər.
    6. Yuxarıda qeyd edilən hallarda, Sizin fərdi məlumatlarınız Azərbaycan Respublikasının hüdudlarından kənarda fərdi məlumatların müxtəlif səviyyədə hüquqi mühafizəsini təmin edən qanunvericiliyə malik olan ölkələrdə yerləşən üçüncü şəxslərə ötürülə bilər.
    7. Mərkəz, topladığı İstifadəçi məlumatını mühafizə etmək üçün qanunvericilik ilə nəzərdə tutulan təhlükəsizlik tədbirlərindən istifadə edir.
    8. Proqram Tətbiqi digər veb-saytlara və ya proqramlara istinadları ehtiva edə bilər. Mərkəz, bu veb-saytların və proqramların məxfilik siyasətinə nəzarət etmir və ya onların icrasında iştirak etmir. Mərkəz hər hansı veb-saytların və proqramların məzmununa və/və istifadəsinə görə məsuliyyət daşımır.
    9. Proqram Tətbiqindən istifadə üçün abunəçilik şərtləri tətbiq edildiyi halda, İstifadəçinin abunə müddəti başa çatdıqda, Mərkəz aşağıdakı üsullardan birinin vasitəsilə İstifadəçinin fərdi məlumatlarını məhv edir:
      1. kağız informasiya daşıyıcısının müvafiq doğrama maşınları vasitəsilə məhv edilməsi;
      2. kağız informasiya daşıyıcısının yandırılması;
      3. kağız informasiya daşıyıcısının kimyəvi məhlullar vasitəsilə məhv edilməsi;
      4. elektron informasiya daşıyıcısının mexaniki təsir üsulu ilə məhv edilərək bərpası mümkün olmayan vəziyyətə salınması;
      5. elektron informasiya daşıyıcısının bərpası mümkün olmayan qaydada formatlanması;
      6. xüsusi proqram təminatı vasitəsilə elektron informasiya daşıyıcısında olan məlumatların bərpası mümkün olmayan qaydada silinməsi;
      7. Mərkəzin münasib və uyğun hesab etdiyi hər hansı digər üsulla.
    10. Biz, Sizin məlumatlarınızı Proqram Tətbiqindən istifadə etdiyiniz müddət ərzində və bu müddətdən sonra qanuni hüquq və vəzifələrimizə uyğun olaraq bir (1) ay ərzində saxlayırıq.
    11. Qanunvericilik Sizə:
      1. fərdi məlumatlarınız ilə tanış olmaq;
      2. qeyri-dəqiq məlumatlara düzəliş etməyi tələb etmək;
      3. fərdi məlumatlarınızı silməyi tələb etmək;
      4. fərdi məlumatlarınızın işlənməsinin məhdudlaşdırılmasını tələb etmək;
      5. fərdi məlumatlarınızın işlənməsinə etiraz etmək;
      6. fərdi məlumatlarınızın surətini tələb etmək;
      7. müvafiq nəzarət orqanına şikayət vermək;
      8. fərdi məlumatların işlənməsi üçün əvvəllər verilmiş razılığı geri götürmək, və
      9. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları verir.
      10. Razılığınızın geri götürülməsi, razılığın geri götürülməsinə qədər həyata keçirdiyimiz istənilən məlumat işlənməsinin qanuniliyinə, eləcə də razılıqdan fərqli olaraq, digər qanuni əsaslara istinad edilərək həyata keçirilən fərdi məlumatlarınızın işlənilməsinə təsir etməyəcək. Hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, info@etabib.az ilə əlaqə saxlayın.

    12. MƏRKƏZ FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ İŞLƏNİLMƏSİ ZAMANI FƏRDİ MƏLUMATLARIN TOPLANILMASININ VƏ İŞLƏNİLMƏSİNİN QANUNİLİYİNİ VƏ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİR, HƏR HANSI FƏRDİ MƏLUMATLARI YALNIZ QANUNVERİCİLİK İLƏ NƏZƏRDƏ TUTULAN HALLARDA VƏ HƏCMDƏ İSTİFADƏ EDİR VƏ FƏRDİ MƏLUMATLARI QANUNVERİCİLİYİN TƏLƏBİNƏ UYĞUN OLARAQ MÜHAFİZƏ EDİR. MƏRKƏZİN QƏSDİ VƏ KOBUD EHTİYATSIZLIĞI NƏTİCƏSİNDƏ MƏLUMATLARIN MÜHAFİZƏSİNİN TAM TƏMİN OLUNMAMASI NƏTİCƏSİNDƏ İSTİFADƏÇİYƏ DƏYƏN ZİYANA GÖRƏ MƏRKƏZ QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULAN QAYDADA MƏSULİYYƏT DAŞIYIR.
  6. Zəmanət şərtlərinin olmaması və məsuliyyətin məhdudlaşdırılması
    1. Zəmanətlər. İstifadəçi, qəsdən hüquqazidd hərəkət və ya kobud etinasızlıq halları istisna olmaqla, Proqram Tətbiqi ilə əlaqədar olan xidmətlərin və/ və ya məhsulların icra edilməsi və ya edilməməsi ilə bağlı yaranan, Mərkəzə qarşı hər hansı pretenziya və ya iddia ilə çıxış etmir. MƏRKƏZ, PROQRAM TƏTBİQİNİ, XİDMƏTLƏRİ VƏ / VƏ YA MƏHSULLARI “OLDUĞU KİMİ”, HEÇ BİR ZƏMANƏT VERMƏDƏN TƏQDİM EDİR, İSTİFADƏÇİ İSƏ QƏBUL EDİR. MƏRKƏZ HƏR HANSI ƏMTƏƏNİN KEYFİYYƏT ZƏMANƏTİ VƏ YA MƏQSƏDLİ İSTİFADƏ ÜÇÜN YARARLIĞIN ZƏMANƏTİ DAXİL OLMAQLA, AÇIQ-AŞKAR VƏ YA FƏRZ EDİLƏN HƏR HANSI BƏYANAT VƏ YA HƏR HANSI TƏMİNAT TƏQDİM ETMİR. MƏRKƏZ, BU MÜQAVİLƏ İLƏ TƏQDİM OLUNAN PROQRAM TƏTBİQİNİN XİDMƏTLƏRİ, MƏHSULLARI VƏ / VƏ YA DİGƏR MATERİALLARININ YÜKLƏNMƏSİNİN VƏ ONLARDAN İSTİFADƏNİN HƏR HANSI ÜÇÜNCÜ TƏRƏFİN ƏQLİ MÜLKİYYƏT VƏ YA DİGƏR HÜQUQLARINI POZMAYACAĞINA ZƏMANƏT VERMİR.
    2. Məsuliyyətin məhdudlaşdırılması. Mərkəz, qəsdən hüquqazidd hərəkət və ya kobud etinasızlıq halları istisna olmaqla, Proqram Tətbiqi ilə əlaqədar xidmətlərlə və/ və ya məhsullarla bağlı yaxud Mərkəzin bu Müqavilənin icrası ilə bağlı dəyən hər hansı itkiyə və ya zərərə görə İstifadəçi və / və ya hər hansı üçüncü tərəf qarşısında məsuliyyət daşımır. MƏRKƏZ, MÜQAVİLƏYƏ, DELİKTƏ VƏ YA HÜQUQ NƏZƏRİYYƏSİNƏ ƏSASLANAN, PROQRAM TƏTBİQİNİN HƏR HANSI İSTİFADƏSİ VƏ YA BU MÜQAVİLƏNİN HƏR HANSI İCRASI NƏTİCƏSİNDƏ YARANAN HƏR HANSI BİRBAŞA, DOLAYI, FAKTİKİ, TƏSADÜFİ VƏ YA SONRAKI ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. İSTİFADƏÇİ RAZILAŞIR Kİ, ZƏMANƏT VƏ MƏSULİYYƏTLƏ BAĞLI BU MƏHDUDİYƏTLƏR AĞLABATANDIR VƏ MƏRKƏZ, ZƏMANƏTDƏN İMTİNA VƏ MƏRKƏZİN MƏSULİYYƏTİNİN MƏHDUDLAŞDIRILMASI ÜÇÜN İSTİFADƏÇİNİN BİRBAŞA İFADƏ OLUNMUŞ RAZILIĞI OLMADAN BU MÜQAVİLƏNİ BAĞLAMAZDI.
    3. İstifadəçi tərəfindən təzminatın verilməsi. İSTİFADƏÇİ MƏRKƏZ TƏRƏFİNDƏN ÇƏKİLƏN VƏ YA MƏRKƏZƏ QARŞI İRƏLİ SÜRÜLƏN, (A) İSTİFADƏÇİNİN İCAZƏ VERDİYİ, İSTİFADƏÇİ TƏRƏFİNDƏN PROQRAM TƏTBİQİ, HƏR HANSI XİDMƏTƏ VƏ YA İSTİFADƏÇİNİN HESABINA GİRİŞ VƏ YA ONDAN İSTİFADƏNİN, VƏ YA (B) BU MÜQAVİLƏNİN POZULMASI VƏ YA İCRA EDİLMƏMƏSİ VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN HÜQUQLARININ HƏR HANSI POZULMASI DAXİL OLMAQLA, İSTİFADƏÇİNİN HƏR HANSI HƏRƏKƏTİ VƏ YA HƏRƏKƏTSİZLİYİ NƏTİCƏSİNDƏ YARANAN VƏ YA ONLARLA BAĞLI OLAN BÜTÜN İTKİ, ZƏRƏR, OHDƏLİK, BORC, TƏLƏB, PRETENZİYA, İDDİA, XƏRC, MƏSRƏF, O CÜMLƏDƏN MƏHKƏMƏ XƏRCLƏRİNƏ VƏ HƏR HANSI İDDİANIN HƏLLİ VƏ YA MƏHKƏMƏ QƏRARININ İCRASI ÜÇÜN ÖDƏNİLƏN İSTƏNİLƏN MƏBLƏĞ ÜÇÜN MƏRKƏZƏ TƏZMİNAT ÖDƏMƏYƏ RAZILAŞIR.
  7. Müqavilənin müddəti və onun ləğvi
    1. Bu Müqavilə Sizin tərəfinizdən və ya Mərkəz tərəfindən ləğv edilənə qədər qüvvədə qalır.
    2. Mərkəz, öz mülahizəsi ilə istənilən vaxt və istənilən səbəbdən, əvvəlcədən bildiriş verməklə və ya vermədən, bu Müqaviləni dayandıra və ya onu ləğv edə bilər.
    3. Siz bu Müqavilənin hər hansı bir müddəasına riayət etmədiyiniz təqdirdə, bu Müqavilə dərhal, Mərkəzin əvvəlcədən bildirişi olmadan ləğv ediləcəkdir. Qeyd edilənlərə əlavə olaraq, Siz Proqram Tətbiqi və onun bütün nüsxələrini mobil cihazınızdan və ya müvafiq kompyuter avadanlığından tam olaraq pozmaqla və silməklə bu Müqaviləni ləğv edə bilərsiniz.
    4. Bu Müqavilə ləğv edildikdən sonra, Siz Proqram Tətbiqinin istifadəsini dayandırmalı və Proqram Tətbiqinin bütün nüsxələrini mobil cihazınızdan və ya müvafiq kompyuter avadanlığından tam olaraq pozmalı və silməlisiniz.
  8. Müddəaların müstəqilliyi.
    1. Bu Müqavilənin hər hansı bir müddəası qanuni qüvvəyə malik olmayan və ya etibarsız hesab edilərsə, belə müddəa qanunvericiliyə uyğun olaraq maksimal mümkün dərəcədə həmin müddəanın məqsədlərinə nail olmaq üçün dəyişdiriləcək və şərh ediləcək, qalan müddəalar isə tam qüvvədə qalacaqdır.
  9. Tətbiq edilən hüquq və mübahisələrin həlli
    1. Tətbiq edilən hüquq. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
    2. Mübahisələrin həlli. Tərəflər, bu Müqavilədən irəli gələn və ya onunla bağlı olan hər hansı mübahisələrin və ya pretenziyaların vicdanlı danışıqlar yolu ilə həlli üçün zəruri səylər göstərəcəklər. Müqaviləyə və ya digər hüquqi normalara əsaslanan, bu Müqavilədən irəli gələn və ya onunla bağlı olan, vicdanlı danışıqlar yolu ilə həll olunmayan hər hansı mübahisə, o cümlədən Müqavilənin şərhi, icrası, pozulması və ya ləğvi ilə bağlı olan mübahisələr, Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunur.
  10. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi
    1. Mərkəz istənilən vaxt öz mülahizəsi ilə bu Müqaviləyə əlavə və dəyişikliklər etmək və ya mövcud mətni yeni redaksiya ilə əvəz etmək hüququnu özündə saxlayır. Müqaviləyə dəyişiklik əhəmiyyətli olduğu təqdirdə, Mərkəz hər hansı yeni şərtlərin qüvvəyə minməsinə ən azı 10 gün qalmış bildiriş təqdim edə bilər. Dəyişikliyin əhəmiyyətli olub – olmaması barəsində qərarı Mərkəz verir.